
UEFA Çempionlar Liqasının əsas mərhələsində VII tura start verilib.
“Report”un məlumatına görə, ilk oyun günündə 9 matç keçirilib.
Günün maraqla gözlənilən qarşılaşması İtaliyada baş tutub. “İnter” doğma azarkeşləri önündə İngiltərənin “Arsenal” klubunu qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VII tur
19:30. “Kayrat” (Qazaxıstan) – “Brügge” (Belçika) – 1:4
21:45. “Budyo Qlimt” (Norveç) – “Mançester Siti” (İngiltərə) – 3:1
00:00. “Kopenhagen” (Danimarka) – “Napoli” (İtaliya) – 1:1
00:00. “İnter” (İtaliya) – “Arsenal” (İngiltərə) – 1:3
00:00. “Olimpiakos” (Yunanıstan) – “Bayer 04” (Almaniya) – 2:0
00:00. “Real” (İspaniya) – “Monako” (Fransa) – 6:1
00:00. “Sportinq” (Portuqaliya) – PSJ (Fransa) – 2:1
00:00. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) – 2:0
00:00. “Vilyarreal” (İspaniya) – “Ayaks” (Niderland) – 1:2.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


