
Bakı. Trend:
Kilian Mbappe “Real” tarixində Çempionlar Liqasında 10 və daha
çox qol vuran 4-cü futbolçu olub.
Trend xəbər verir ki, hücumçu
hazırda ilk hissəsi oynanılan “Monako” ilə oyunun 5-ci dəqiqəsində
komandasını önə çıxaran futbolçu 26-cı dəqiqədə də fərqlənməklə
komandasını qələbəyə daha da yaxınlaşdırıb.
“Real”da Çempionlar Liqasının bir mövsümündə 10 qol və daha çox
vurmuş yalnız dörd oyunçu var: Mbappe, Ronaldo (7 dəfə), Karim
Benzema və Raul.
Qeyd edək ki, Mbappe karyerasında ilk dəfə bu turnirdə iki
rəqəmli qol sayına çatıb.


