
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qəzza üçün Sülh Şurası təşəbbüsünə qoşulmaq niyyətində deyil.
Modern.az “The Financial Times”a istinadla xəbər verir ki, Britaniya rəsmiləri hökumətin üzvlüyü üçün bir milyard dollar tələb edən və tərkibinə Rusiya Prezidenti Vladimir Putinin daxil olduğu bu quruma qatılmağı məqsədəuyğun hesab etmir.
Məlumata görə, ABŞ-Böyük Britaniya münasibətləri onsuz da gərgin olan bir dönəmdə Trampın Britaniyanın Mavrikiyə Çaqos adaları üzərində suverenliyini geri qaytaracağını “tam zəiflik” kimi dəyərləndirməsi Londonda narazılıq doğurub. Çaqos adalarında ABŞ və Britaniya birgə hərbi hava bazasına malikdir.
Starmer bu həftə Sülh Şurasının şərtləri barədə müttəfiqlərlə məsləhətləşdiyini bildirsə da, hökumətə yaxın mənbələr onun belə bir quruma qoşulmasının real olmadığını vurğulayır. Rəsmilərdən biri deyib: “Vergiödəyicilərinin bir milyard dollarını Putinin də yer aldığı bir şurada oturmaq üçün xərcləmək qəbuledilən deyil”.

