
Ermənistanın xizək idmanı federasiyasının rəhbəri postunu tərk etdiyini bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qaqik Sarkisyanın istefası 2 həftə əvvəl İtaliyada erməni xizəkçi ilə bağlı insidentlə bağlıdır.
Qeyd edək ki, bir neçə gün öncə İtaliyada keçirilən “Tour de Ski” yarışlarında erməni xizəkçi Mikael Mikaelyan qalmaqalla gündəmə gəlib. Belə ki, o, yarış zamanı formasının üzərində yer alan “Azərbaycan” yazısını yapışqan lentlə bağlayıb. Yarışın titul sponsoru olan Azərbaycanın adına qarşı etdiyi hörmətsizliyə görə, idmançı Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.
Xatırladaqsözügedən yazının titul sponsorluğu ilə bağlı olduğu bildirilib.


