
Bakı. Trend:
Norveç hərbçiləri minlərlə məktub göndərərək ölkə vətəndaşlarını
Rusiya ilə genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə evlərin və
nəqliyyat vasitələrinin müsadirəsinə hazır olmağa çağırıblar.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə krallığın hərbi rəsmilərinə
istinadən “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Norveç Silahlı Qüvvələrinin Logistika bölməsinin rəhbəri Andres
Yernberq nəşrə bildirib ki, bu gün ölkə təhlükəsizlik siyasəti
sahəsində İkinci Dünya müharibəsindən bəri ən ciddi vəziyyətlə
üz-üzədir.
Hərbçi vurğulayıb ki, Norveç cəmiyyəti müdafiə sahəsində
böhranlara, hətta müharibəyə hazır olmalıdır. Onun sözlərinə görə,
hazırda krallıqda hərbi və mülki hazırlığın gücləndirilməsi həyata
keçirilir.


