Cəlilabadda yük avtomobili piyadanı vuraraq öldürüb

Baş səhifə
Cəlilabadda yük avtomobili piyadanı vuraraq öldürüb

Cəlilabadda 62 yaşlı kişini avtomobil vuraraq öldürüb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Belə ki, “QAZel” markalı yük avtomobili Maşlıq kənd sakini, 1964-cü il təvəllüdlü Şirxan Rəşid oğlu İmanovu vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.