Kosmik sektora investisiyaların artacağı proqnozlaşdırılır

Baş səhifə

Bakı. Trend:

Kosmik sənayelərə yönələn qlobal investisiyaların artım
tendensiyasının davam etməsi gözlənilir. “Seraphim Space”
şirkətinin açıqladığı məlumatlara görə, 2025-ci ildə kosmik sektora
yatırımlar rekord səviyyəyə çatıb.

Trend bu
barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, özəl investisiyaların həcmi illik müqayisədə 48%
artaraq 12,4 milyard dollar təşkil edib. Bu məbləğin 3,8 milyard
dolları ilin son rübündə qeydə alınıb.




Hesabata əsasən, ABŞ ötən il 7,3 milyard dollar investisiya cəlb
edərək qlobal maliyyələşdirmənin təxminən 60%-ni formalaşdırıb. Bu
üstünlük əsasən Pentaqonun “Qızıl Günbəz” təşəbbüsü çərçivəsində
raket buraxılış xidmətləri və müdafiə yönümlü proqramlara ayrılan
böyük vəsaitlərlə əlaqələndirilir.

Avropada kosmik sektorda investisiya artımı nisbətən zəif
müşahidə olunsa da, Asiyada yüksəliş davam edib. Xüsusilə Çin yerli
peyk buraxılışı və istehsalını sürətləndirməsi nəticəsində sektora
təxminən 2 milyard dollar həcmində töhfə verib.

Mütəxəssislər kosmik texnologiyalara qlobal investisiyaların
2026-cı ildə daha da artacağını proqnozlaşdırırlar.