Deputatlardan Gülbahar Eyvazovanın istefasına REAKSİYA: Ağıllı iş görüb

Baş səhifə

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi səbəbi ilə işdən ayrılmaq üçün ərizə yazıb.
 
Modern.az məsələ ilə bağlı Milli Məclisdə Füzulini təmsil edən deputatlarla həmsöhbət olub. 

85 saylı Füzuli – Ağcabədi seçki dairəsindən deputat seçilən Aqil Abbas qeyd edib ki, onun həyat yoldaşı çox böyük səhv edib. 

“Gülbahar Eyvazova da həyat yoldaşının bu hərəkətini görüb, füzulilərdən və ümumiyyətlə azərbaycanlılardan utanıb ərizə yazıb işdən çıxıb. Burada çox ağıllı iş görüb, amma mən istəməzdim ki, o işdən çıxsın. Çünki əri cəza almalıdır, o üzr istəməlidir. Amma buna görə xanımının işdən çıxması düz deyil. Mən özüm də Gülbahar Eyvazovanı tanıyırdım. Mədəni və savadlı xanım idi”. 

84 saylı Füzuli seçki dairəsinin deputatı Vüqar Bayramov isə həmin videoya baxmadığını bildirərək, bütün hallarda kim olduğundan, harada işlədiyindən aslı olmayaraq insanların dini inanclarını təhqir edən, insanları alçaldan şəxslər qanun qarşısında cavab verməlidir:

“Vəzifəsindən, cəmiyyətdəki yerindən aslı olmayaraq bu hər kəsə aiddir. Belə hal baş veribsə hüquq-mühafizə orqanları tərəfindən məsələ araşdırılacaq və hüquqi qiymət veriləcək” – deyə deputat sonda qeyd edib.