
Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiyaya
təqribən 98,2 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac
edilib.
Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu
miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən
4,2 milyon ABŞ dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə
müqayisədə həcm ifadəsi ilə 55,4 milyon kVt/saat və ya 1,6 dəfə,
dəyər ifadəsi ilə 3,8 milyon ABŞ dolları, yaxud 1,9 dəfə
azalıb.
Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində Rusiyadan
Azərbaycana 3,058 milyon ABŞ dolları dəyərində, 85,5 milyon
kVt/saat həcmində elektrik enerjisi satılıb.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 616 min ABŞ dolları və ya 25,2%, həcm ifadəsində isə 1,8
milyon kVt/saat və ya 6,6% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində
Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və
Türkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və
İrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saat
elektrik enerjisi idxal edib.


