
Bakı. Trend:
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və
Almaniyanın “Ayntraxt” komandaları arasında keçiriləcək VII tur
oyununun hakim təyinatları açıqlanıb.
Trend xəbər
verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına
tapşırılıb.
Baş hakim Sandro Şererə Stefan De Almeyda və Conas Erni kömək
edəcəklər. Dördüncü hakim funksiyasını isə Yohannes fon Mandaks
yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fendrix
olacaq.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika
Stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21:45-də
başlayacaq.


