Ötən il qatar qarşısına çıxan 8 nəfər həyatını itirib

Baş səhifə

Bakı.Trend:

ADY maşinistləri 2025-ci ildə qatar qarşısına çıxan qəfil
maneələrə görə 123 dəfə təcili tormozlama ediblər.

Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, təəssüf ki, hər dəfə qəzadan qaçmaq mümkün
olmur:

– 18 dəfə toqquşma qaçılmaz olub

– 10 nəfər ağır xəsarət alıb




– 8 nəfər həyatını itirib

Unutmayın, qatarı dərhal saxlamaq fiziki olaraq qeyri-mümkündür
və bunun üçün böyük məsafəyə ehtiyac var!

Dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən keçmək,
dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməmək, sağa və
sola baxmaq, hər iki tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan
sonra yola davam etmək mütləqdir!

ADY üçün təhlükəsizlik prioritetdir. Bu məqsədlə davamlı olaraq
sosial mediada maarifləndirmə kampaniyaları təşkil edilir, dəmir
yolu ətrafında yerləşən məktəblərdə bununla bağlı xüsusi təlimlər
keçilir.