
Çexiya Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfərini planlaşdırır.
Bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek “Report”un sualına cavabında bildirib.
Diplomatın sözlərinə görə, yaxın günlərdə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş arasında görüş keçiriləcək. Bu, Babişin ötən ilin dekabrında yüksək vəzifəyə təyin olunmasından sonra liderlərin ilk danışıqları olacaq.
“Bizim çox yaxşı planlarımız var. Artıq yaxın günlərdə, demək olar ki, – birigün, Davosda Prezident İlham Əliyev və Baş nazirimiz Andrey Babiş arasında görüş keçiriləcək. Bu onların ilk danışıqları olacaq və ümid edirəm ki, bunun nəticələrinə əsasən biz Baş nazirimizin Azərbaycana rəsmi səfərini planlaşdıracağıq”, – o qeyd edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


