Lerikin 80 kəndi işıqsız qalıb

Baş səhifə
Lerikin 80 kəndi işıqsız qalıb

Lerik rayonunda yağıntılı hava şəraitinin yaratdığı fəsadlar nəticəsində 80 kəndin elektrik enerjisi ilə təchizatı kəsilib.

“Report”un cənub bürosunun verdiyi xəbərə görə Lerik Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov məlumatı təsdiqləyib.Məlumata görə bu ana qədər rayonun mərkəzində qar örtüyü 40 sm, dağlarda isə 80 sm-dir. Komissiya sədrinin sözlərinə görə hazırda Lənkəran-Lerik yolu açıqdır. Kəndlərlə rayon mərkəzi ilə əlaqə hündür nəqliyyat vasitəsi ilə həyata keçirilir. Təbii qaz, su təchizatında hər hansı bir problem olmasa da, elektrik enerjisinin verilişində müəyyən fasilələr yaranıb. Səhər saatlarında 35/10 kv-luq hava xəttində nasazlıq aradan qaldırılıb. Amma hazırda 80 kənddə elektrik enerjisində fasilə yaranıb. Günün sonuna kimi həmin kəndlərə enerjinin verilişi bərpa olunması istiqamətində işlər aparılır.

Hazırda rayon ərazisində qar davam edir.

MƏLUMAT YENİLƏNİR