Ötən il 132 uşaq Ukraynadan Azərbaycana gətirilib

Baş səhifə
Ötən il Ukraynadan Azərbaycana 132 uşaq gətirilib

Ötən il 132 uşaq Ukraynadan Azərbaycana gətirilib.

“Report” xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

V.Behbudov vurğulayıb ki, uşaqlar Bakı və bölgələrdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunublar:

“Artıq 4 ildir ki, icra olunan layihə çərçivəsində Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların sosial-psixoloji reabilitasiyasını da həyata keçiririk. Onlar üçün ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyaları təşkil edilib. 2022-ci ildən bu günədək isə 360 ukraynalı uşaq ölkəmizdə reabilitasiya xidmətlərindən yararlanıb”.