Ötən gün xeyli sayda qanunsuz silah-sursat aşkarlanıb

Baş səhifə

Bakı.Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, yanvarın 17-də və 18-də polis əməkdaşları
paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad
olunan bölgələrdə 18 avtomat silahı, 4 tapança, 3 qumbara, 1
qumbaraatan, 30 tüfəng, 12 patron darağı və 492 ədəd müxtəlif çaplı
patron aşkar edərək götürüblər.