Niderland millisinin üzvü “Qalatasaray”a keçir

Baş səhifə
Niderland millisinin üzvü Qalatasaraya keçir

Niderland millisinin futbolçusu Noa Lanq Türkiyənin “Qalatasaray” klubuna keçir.

“Report” xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

“Sarı-qırmızılar” 26 yaşlı vingerin keçidi üçün İtaliya təmsilçisi “Napoli” ilə anlaşıb.

Hazırkı Türkiyə çempionu oyunçu ilə də razılıq əldə edib.

Qeyd edək ki, Noa Lanq 2025-ci ilin yayında PSV-dən “Napoli”yə keçib.