Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada baş verən qatar
toqquşması ilə bağlı başsağlığı verib.
“İspaniyanın Kordova şəhərində çoxlu sayda insanın ölümünə və
yaralanmasına səbəb olan faciəli qatar toqquşması xəbəri bizi
dərindən kədərləndirdi.
Qurbanların ailələrinə və İspaniya xalqına dərin hüznlə
başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını
arzulayırıq”.

