Avropa Qrenlandiyanın suverenliyini qoruyacaq – Fon der Lyayen

Baş səhifə

Bakı. Trend:

Avropa ölkələri və NATO Qrenlandiya və Danimarkanın
suverenliyinin müdafiəsinə dair öhdəliklərinə “qəti şəkildə sadiq
qalırlar”.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri
Ursula fon der Lyayen “X” hesabında yazıb.




O bildirib ki, Qrenlandiya ilə bağlı vəziyyəti NATO-nun baş
katibi Mark Rütte, Fransa Prezidenti Emmanuel Makron, Böyük
Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix
Mertz və İtaliyanın Baş naziri Corcia Meloni ilə müzakirə edib.
Nəticədə onlar Qrenlandiyanın suverenliyinin müdafiəsi mövzusunda
razılığa gəliblər.

“Biz birlikdə Qrenlandiya və Danimarka Krallığının suverenliyini
qorumaq öhdəliyimizə qəti şəkildə sadiq qalırıq. Biz həmişə
strateji iqtisadi maraqlarımızı və təhlükəsizlik maraqlarımızı
müdafiə edəcəyik. Bu çağırışlara Avropa həmrəyliyi, dözümlülük və
qətiyyətlə cavab verəcəyik”,- deyə fon der Lyayen vurğulayıb.