
Bakı. Trend:
19-25 yanvar tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı
99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3)
sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.
Trend xəbər
verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
məlumat yayıb.
Məlumata görə, müsbət qütblü Tac Dəliyi Axınlarının bu gün və ya
sabah, 18 yanvarda baş vermiş X1.95 sinifli alışmaya bağlı TKA-nın
isə 20 yanvarda Yerə çatacağı gözlənilir. Bu səbəbdən də güclü
(G3), hətta şiddətli (G4) geomaqnit qasırğasının baş verməsi
ehtimalı var.

