Ötən həftə 55 nəfər xilas edilib, 1 nəfərin meyiti aşkarlanıb

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən həftə ərzində 165 yanğına çıxış və 43 halda köməksiz
vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata
keçirilib.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.




Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər
nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının
xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən
ötən həftə ərzində 12-si azyaşlı olmaqla 55 nəfər xilas edilib,
13-ü azyaşlı olmaqla 30 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb,
1 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin meyiti bağlı qapı arxasında
aşkar edilib.