
Bakı. Trend:
2024-cü ildə daxil olmuş və baxılmış 16, 2024-cü ildə daxil
olmuş və 2025-ci ildə baxılmış 35, 2025-ci ildə daxil olmuş və
baxılmış 118 intizam işi üzrə Vəkillərin İntizam Komissiyasının
qəbul etdiyi müvafiq rəylər (habelə icraata xitamla bağlı
arayışlar) əsasında VK Rəyasət Heyəti tərəfindən ümumilikdə 169
qərar qəbil edilib.
Trend xəbər
verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Bildirilib ki, onlardan: İntizam tənbehi tətbiq edilmədən
qanunvericiliyin tələblərinə riayət etməni diqqətə çatdırma 36 (21
%), xəbərdarlıq etmə 4 (2 %), irad tutma 18 (11 %), töhmət vermə 21
(12 %), cərimə 2 (1 %), vəkillik fəaliyyətini müəyyən müddətə
dayandırma 10 (6 %), Kollegiya üzvlüyündən xaric etmə (vəkil sayına
görə) 5 (3 %), pozuntu müəyyən olunmadığına, şikayət geri
götürüldüyünə görə və sair əsaslarla intizam icraatına xitam vermə
40 (24 %), habelə qiymət verilməsinin mümkün olmaması 33-dür (20
%).
2025-ci ildə Vəkillərin İntizam Komissiyası tərəfindən baxılaraq
müvafiq rəy qəbul edilən və VK Rəyasət Heyəti tərəfindən hələ
müvafiq qərar qəbul edilməyən iş sayı isə 21-dir.


