
Bakı. Trend:
“Falcon 9” raketi “Starlink” qlobal internet əhatə dairəsi
şəbəkəsinin orbital qrupunu doldurmaq üçün 29 mini-peykdən ibarət
daha bir dəstəni uğurla orbitə buraxdı.
Trend-in
məlumatına görə, bu barədə “SpaceX” şirkəti bildirib.
“29 ədəd “Starlink” peykinin kosmosa buraxılması təsdiqlənib”, –
deyə bildirilib. Bu, ilin əvvəlindən bəri “Starlink” peyklərinin
beşinci buraxılışıdır.
Raket bazar günü ABŞ-nin Şərq hali vaxtı ilə saat 18:31-də
Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri
bazasındakı 40 nömrəli Buraxılış Kompleksindən buraxılıb.


