Seneqal Afrika kubokunun qalibi oldu

Baş səhifə

Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi bəlli olub.

Modern.az xəbər verir ki, finalda Seneqal ilə ev sahibi Mərakeş üz-üzə gəlib.

Görüşün əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşıb və əlavə 30 dəqiqə oynanılıb.

Bu hissənin 94-cü dəqiqəsində qol vuran Seneqal turnirin qalibi olub.

Misir kollektivini penaltilər seriyasında məğlub edən Nigeriya millisi üçüncü yerlə kifayətlənib.