
İspaniyada sürətli qatarın iki vaqonun relsdən çıxması nəticəsində ən azı 10 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “El Pais” nəşri hüquq-mühafizə orqanları və təcili yardım xidmətlərinə istinadən yazıb.
Qəzet daha 25 nəfərin ağır yaralandığını bildirib. Hadisə yerinə cəlb edilən xilasedicilər köməksiz vəziyyətdə qalan sərnişinlərin azad edilməsinə kömək edirlər.
Təcili yardım xidmətləri xəsarət alanların əksəriyyətinin kəsiklər, qançırlar və açıq sınıqlar aldığını bildirib. Qatar vaqonlarının deformasiyası səbəbindən xəsarət alanlara çatmaq çətin olub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


