Afrika Millətlər Kubokunun qalibi bəlli olub

Baş səhifə
Afrika Millətlər Kubokunun qalibi bəlli olub

Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun final matçında Seneqal əlavə vaxtda Mərakeşi 1-0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, qolu 94-cü dəqiqədə Pap Geye vurub.

Əlavə vaxtda seneqallı oyunçuların qolu video icmaldan sonra hesabdan silinib və Seneqalın qapısına penalti təyin edilib. Seneqal millisinin baş məşqçisi, Moskva “Dinamo”sunun keçmiş oyunçusu Pap Tiyav etiraz əlaməti olaraq komandanın oyunçularını meydandan çıxarıb.

On beş dəqiqə sonra seneqallı futbolçular meydana qayıdıb və qapıçı Eduard Mendi Brahim Diazın penalti zərbəsinin qarşısını alıb.

Seneqal millisi Afrika Millətlər Kubokunu ikinci dəfə qazanıb. Onlar ilk dəfə 2021-ci ildə qalib gəliblər.

Üçüncü yer uğrunda matçda Nigeriya Misiri məğlub edib (0-0, penaltilərdə 4-2). Dias beş qol vuraraq turnirin ən çox qol vuran oyunçusu olub.