
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa YPG/SDQ terror təşkilatının yerləşdiyi bütün cəbhələrdə atəşkəsi nəzərdə tutan yeni razılaşmanı təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.
Yeni razılaşmalara uyğun olaraq, YPG/SDQ terror təşkilatının bütün bölmələri Fərat çayının şərq sahilinə köçürüləcək.
Sənəd həmçinin hökumət ordusunun bazar günü geri qaytardığı Deyr-əz-Zor əyalətindəki neft və qaz yataqlarının nəzarətinin Suriya hakimiyyətinə keçdiyini təsdiqləyir:
“İlkin addım kimi Fərat çayının şərqindəki ərazidən bütün SDQ hərbi birləşmələri geri çəkilir, Deyr-əz-Zor və Rakka əyalətləri üzərində nəzarət həm inzibati, həm də hərbi cəhətdən dərhal və tam şəkildə Suriya hökumətinə təhvil verilir”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


