
Bakı. Trend:
İran son anti-hökumət etirazları zamanı Tehranda fəaliyyət
göstərən heç bir diplomatik nümayəndəliyi bağlamayıb.
Trend xəbər verir ki, bu
barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai
məlumat yayıb.
O, qeyd edib ki, səfirlik və konsulluqların üzləşdiyi bəzi
çətinliklər internetin işində müvəqqəti fasilələr ilə bağlı
olub.


