
Bakı. Trend:
Nizami rayonunda yerləşən ofislərin birindən noutbuk, kompüter
və digər elektrik avadanlıqları, Nəsimi rayonunda isə velosiped
oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama
cinayətini törətməkdə şübhəli bilinən E.Əzimov və G.Səfərov müəyyən
edilərək saxlanılıblar.
Araşdırmalar davam etdirilir.


