Alman hərbi kontingenti Qrenlandiyanı tərk etdi

Baş səhifə

Bakı. Trend:

Almaniya Silahlı Qüvvələri Qrenlandiyada həyata keçirdiyi
missiyanın tamamlandığını bəyan edib.

Trend xəbər verir ki,
Bundesverin Qrenlandiya üzrə missiya nümayəndəsi, podpolkovnik
Peter Milevçuk “Funke” media qrupuna verdiyi müsahibədə bildirib
ki, onlar təlimlərin təşkili və hazırlıq təşəbbüsü çərçivəsində
mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı qarşıya qoyulan
ilkin tapşırıqları icra ediblər.




Peter Milevçuk Nuuk hava limanında jurnalistlərə açıqlamasında
danimarkalı həmkarları ilə əməkdaşlığı yüksək qiymətləndirərək onu
“son dərəcə müsbət və konstruktiv” adlandırıb. O qeyd edib ki,
ilkin mərhələdə bölgədəki vəziyyət ətraflı öyrənilib və missiya
bütövlükdə uğurla başa çatdırılıb. “İndi isə əldə etdiyimiz
nəticələrlə geri dönürük”, – deyə podpolkovnik vurğulayıb.