
Bakı. Trend:
İspaniyanın “Barselona” klubunun heyətində ciddi itki baş
verib.
Trend xəbər verir ki,
komandanın aparıcı oyunçularından olan Rafinya sıradan çıxıb. Bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı vinger sağ ayaq əzələləsindən zədə alıb. 29 yaşlı
futbolçu sabah “Real Sosyedad”la keçiriləcək La Liqa matçında
iştirak etməyəcək.
Qeyd edək ki, Rafinya bu mövsüm “Barselona”nın heyətində meydana
çıxdığı 18 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda
qalıb.


