İran və İraq arasında böyük ticarət imkanları var – Əraqçi

Baş səhifə

Bakı. Trend:

İran və İraq arasında ticarətin inkişaf etdirilməsi üçün böyük
imkanlar və potensiallar mövcuddur.

Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi
bu gün Tehranda İraq xarici işlər naziri Fuad Hüseynlə birgə
mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün İran və İraq arasında ticarət və
iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyi haqda
danışıqlar aparılıb.

Əraqçi bildirib ki, hazırda iki ölkənin birgə sərhədləri
müxtəlif iqtisadi, ictimai və siyasi sahələrdə dostluq və
əməkdaşlıq sərhədlərinə çevrilib və iki ölkə arasında qarşılıqlı
dərk mövcuddur.




İranlı nazir qeyd edib ki, İran İraqın regional diplomatiyada
inkişaf etməkdə olan rolunu müsbət qarşılayır və regional
danışıqlar vasitəsi ilə problemlərin həlli istiqamətində öz
hazırlığını elan edir.

Əraqçi İranla həmrəylik və dəstəyini ifadə etdiyi üçün İraq
hökumətinə öz təşəkkürünü bildirib və iki ölkə münasibətlərin
inkişafından məmnun qaldığını qeyd edib.

Qeyd edək ki, İraq xarici işlər naziri Fuad Hüseyn bu gün İrana
səfər edib.