“Qəbələ” I Liqa təmsilçisinə böyük hesabla qalib gəlib

Baş səhifə
Qəbələ I Liqa təmsilçisinə böyük hesabla qalib gəlib

“Qəbələ” I Liqa təmsilçisi “Baku Sportinq”ə böyük hesabla qalib gəlib.

“Report” xəbər verir ki, bölgə təmsilçisi təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan görüş Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektivin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.