Abşeronda avtoxuliqanlıq edən sürücü həbs edildi

Baş səhifə

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin
əməkdaşları tərəfindən “Chevrolet Cobalt” markalı 90-YL-765 dövlət
qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan İmanzadə
saxlanılıb.

Bu barədə Trend-ə DİN Mətbuat xidmətindən bildirilib.




O, Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə
pozub, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat
və sağlamlığına real təhlükə yaradıb.

Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsi idarəetmə
hüququnun olmadığı da müəyyən edilib. Onun barəsində İnzibati
Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib
edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü
K.İmanzadə 15 sutka inzibati qaydada həbs edilib.