“OpenAI” “ChatGPT”də reklamların sınağına başlayıb

Baş səhifə

Bakı. Trend:

“OpenAI” şirkəti “ChatGPT” platformasında reklamları sınaqdan
keçirməyə başlayıb.

Trend xəbər verir
ki, bu barədə şirkətin rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, ilkin mərhələdə ABŞ-də “ChatGPT”nin pulsuz
versiyasından istifadə edənlər arasında test qrupları
formalaşdırılıb.




Qeyd olunub ki, “Plus”, “Pro”, “Business”, “Enterprise” və “Edu”
kimi ödənişli abunəliklər üçün reklamların yerləşdirilməsi nəzərdə
tutulmur.

Şirkətin açıqlamasına görə, reklam bölmələri aydın şəkildə
nişanlanacaq və neyron şəbəkəsinin cavablarından ayrı təqdim
olunacaq. Reklamların çatbotun cavablarının məzmununa təsir
göstərməyəcəyi vurğulanıb.