
Bakı. Trend:
Yanvarın 18-də Portuqaliyada prezident seçkisi keçiriləcək.
Trend xəbər verir
ki, ən yüksək dövlət vəzifəsi uğrunda rekord sayda namizəd – 11
nəfər (10 kişi və 1 qadın) mübarizə aparır.
Seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı
ilə 12:00) açılacaq və axşam saat 19:00-a (Bakı vaxtı ilə 22:00)
qədər fəaliyyət göstərəcək.
İlkin nəticələrin həmin gecə açıqlanması gözlənilir.
Ölkə qanunvericiliyinə görə, prezident ümumi, birbaşa və gizli
səsvermə yolu ilə beşillik müddətə seçilir. Əgər heç bir namizəd
səslərin 50%-dən çoxunu toplaya bilməsə, fevralın 8-də təkrar seçki
keçiriləcək.


