Rusiyanın İrkutsk vilayətində ticarət mərkəzində yanğın başlayıb

Baş səhifə
Rusiyanın İrkutsk vilayətində ticarət mərkəzində yanğın başlayıb

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində ticarət mərkəzində yanğın baş verib, beş nəfər xilas edilib.

“Report”un TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya FHN məlumat yayıb.

“Hadisə yerinə ilk yanğın-xilasetmə bölmələri çatdıqda müəyyən olunub ki, ticarət mərkəzində yanğın baş verib. Yanğının sahəsi dəqiqləşdirilir, 5 nəfər xilas edilib”, – deyə nazirlikdən bildirilib.

Hadisə yerində təxminən 40 nəfər və 10 texnika işləyir.

“İlkin məlumata görə, xəsarət alan yoxdur”, – FHN-dən bildirilib.