Bakıda avtomobillərdən maqnitofon oğurlayan şəxs ələ keçdi

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5
avtomobildən maqnitofon oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,hadisələr
zamanı zərərçəkənlərə ümumilikdə 2144 manat maddi ziyan
vurulub.




Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23
yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.