“Real” qapıçısını satışa çıxardı

Baş səhifə

Bakı. Trend:

“Real” qapıçı Andrey Luninlə yollarını ayırmağı
planlaşdırır.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, “kral klubu” ukraynalı qolkiperin performansından
məmnun deyil. La Liqa nəhəngi Lunini satışa çıxarıb. Klub 26 yaşlı “əlcək sahibi”nin satışından 25-30 milyon avro gəlir əldə etmək
istəyir.

Qeyd edək ki, “Real” Andrey Lunini 2018-ci ilin yayında “Zarya”dan transfer edib.