
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələrinin əsgərləri Misirdən dronlar
vasitəsilə silah qaçaqmalçılığının qarşısını alıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin
mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səmada iki dronun aşkarlanmasından sonra
hərbçilər əraziyə gələrək onları ələ keçirib və qaçaqmalçılıq
cəhdinin qarşısını alıb.
Nəticədə altı ədəd ABŞ istehsalı olan “M-16” silahı müsadirə
olunub.
“M16” ABŞ-də 1960-cı illərdə hazırlanmış 5.56×45 mm NATO
kalibrli avtomatdır və əvvəlcə ABŞ Silahlı Qüvvələrinin əsas piyadə
silahı kimi qəbul edilib. Bu silah uzun illər ərzində bir çox
ölkələrin ordularında istifadə olunmuş və sonradan M4 karabini kimi
müasir variantların əsasını təşkil etmişdir.


