
Bakı. Trend:
Qanunvericilikdəki minimum əmək haqqı anlayışı
təkmilləşdirilib.
Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Daha əvvəl minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə
və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən
edən sosial normativ hesab edilirdi.
Qanuna əsasən, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın
tələbləri, məhsuldarlıq, aylıq orta əməkhaqqı, pul vahidinin
alıcılıq qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas sosial
demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi, məşğulluq
səviyyəsinin yüksəldilməsi və saxlanılması nəzərə alınmaqla
işçilərin və onların ailələrinin tələbatına uyğun ixtisassız əməyə
və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən
edən sosial normativ hesab ediləcək.


