Maaşların verilməsinin vaxtı dəyişdirildi – YENİ QAYDA

Baş səhifə

Bakı. Trend:

Əmək haqqının verilməsi müddətləri qaydalarında dəyişiklik
edilib.

Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.




Daha əvvəl aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki
hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on
altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməli
idi. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir
dəfədən az olmayan müddətdə verilməli idi.

Qanuna əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq
verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı
iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on
altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə
biləcək.