Londonda səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi

Baş səhifə

Bakı. Trend:

London şəhərində keçirilən etiraz aksiyası zamanı İranın Böyük
Britaniyadakı səfirlik binasının damına çıxaraq bayrağı endirən
nümayişçi və daha bir neçə nəfər saxlanılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, etiraz aksiyasında meydana gələn toqquşmalarda
bir neçə polis əməkdaşı xəsarət alıb.




“Bu axşam İran Səfirliyinin qarşısında davam edən etiraz
aksiyası zamanı bir etirazçı qanunsuz şəkildə şəxsi mülkiyyətə
daxil olaraq bir neçə eyvan vasitəsilə səfirliyin damına çıxıb və
bayrağı endirib”, – London baş polis idarəsinin rəsmi “X”
səhifəsində qeyd olunur.

Böyük Britaniyanın paytaxt polisinin əlavə məlumatına görə,
davam edən iğtişaşlar zamanı polis əməkdaşlarına müxtəlif əşyalar
atılıb, nəticədə bir neçə əməkdaş xəsarət alıb və zorakılıq və
ictimai asayiş pozuntusu şübhəsi ilə bir sıra şəxslər
saxlanılıb.