Ötən gün 59 cinayətin üstü açılıb

Baş səhifə

Bakı.Trend:

Yanvarın 16-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki
dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə ⁠axtarışda
olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində
axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.




Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.