NATO Qrenlandiya məsələsində bizimlə danışıqlar aparır – Tramp

Baş səhifə

Bakı. Trend:

NATO Qrenlandiya məsələsində bizimlə danışıqlar aparır.

Trend xəbər verir ki, bu
sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında
deyib. O bildirib ki, milli təhlükəsizlik üçün ABŞ-ın Qrenlandiyaya
çox ehtiyacı var.




“Əgər ora bizdə olmasa, xüsusilə də Qızıl Qübbə və digər
məsələlərdə milli təhlükəsizlikdə böyük bir boşluq yaranacaq. Hərbi
sahəyə çoxlu investisiyalarımız var. Dünyada hərbi sahə getdikcə
güclənir. Biz bu məsələdə NATO ilə danışırıq”, – deyə Tramp əlavə
edib.