“Barselona”nın 18 yaşlı futbolçusu komandanı tərk edir

Baş səhifə

Bakı. Trend:

Yarımmüdafiəçi Dro Fernandes qışda “Barselona”nı tərk
edəcək.

Trend “Diario
Sport”a istinadən xəbər verir ki, cümə günü səhər saatlarında 18
yaşlı futbolçu komandanın baş məşqçisi Hansi Flikə ayrılmaq qərarı
barədə məlumat verib. Klub 6 milyon avro alacaq. Bu məbləğ
futbolçunun müqaviləsində sərbəstqalma (transfer) məbləği kimi
göstərilib. Yarımmüdafiəçinin İngiltərə və Almaniyadan təklifləri
var.




Yaxın günlərdə oyunçu ailəsi və agentləri ilə görüşərək müxtəlif
variantları dəyərləndirəcək. “Barselona”da bu qərar təəccüb doğurub
və klub Dronu saxlamağa cəhd göstərə bilər.

Qeyd edək ki, “Barselona” Fernandeslə müqaviləni uzatmağı
planlaşdırırdı, lakin idman direktoru Deko sövdələşməni vaxtında
yekunlaşdıra bilməyib. Dro yanvarın 12-də 18 yaşını tamamlayıb.