Tovuzun bəzi ərazilərində qaz olmayacaq

Baş səhifə

Bakı.Trend:

Tovuzun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB
məlumat yayıb.




Bildirilib ki, “Şəmkir RQİİ-nin Tovuz Xidmət Sahəsində Tovuz
AQPS-nın “Tovuz Əhali” ölçü qovşağından qidalanan Aşağı Öysüzlü
kəndi ərazisində PE – 250 mm-lik orta təzyiqli qaz xəttində aşkar
olunmuş qaz sızmanın aradan qaldırılması ilə əlaqədar olaraq
göstərilən qaz xəttindən qidalanan Əlibəyli, Hacallı, Yuxarı
Mülkülü, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü kəndlərinin 19.01.2026-cı il
tarixdə saat 10:00-dən işlər başa çatanadək qaz təminatının
(təqribən 3000 abonent) daxildən dayandırılacaqdır.