“Qarabağ” Polşa təmsilçisinə qalib gəldi

Baş səhifə

Bakı. Trend:

Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Antalyada davam etdirən
“Qarabağ” bu gün ikinci yoxlama oyununu keçirib.

Trend xəbər verir ki, Qurban
Qurbanovun rəhbərlik etdiyi kollektiv Polşanın “Zaqlebie” komandası
ilə üz-üzə gəlib. “Gloria Sports Arena”da keçirilən matç
təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.




Qeyd edək ki, “Qarabağ” bundan əvvəl yoxlama oyunlarında
Özbəkistanın “Neftçi” (Fərqanə) klubunu 5:0, Xorvatiya təmsilçisi
“Osiyek”i isə 3:1 hesabı ilə məğlub edib.