“Neftçi” amerikalı basketbolçu transfer edib, iki oyunçu ilə yollarını ayırıb

Baş səhifə
Neftçi amerikalı basketbolçu transfer edib, iki oyunçu ilə yollarını ayırıb

“Neftçi” basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Klubdan “Report”a verilən məlumata görə, amerikalı basketbolçu Ayzeya Cerald Braun ilə mövsümün sonunadək müqavilə imzalanıb.

29 yaşlı oyunçu 187 sm boya malikdir.

Bundan başqa, “ağ-qaralar” serbiyalı Sinik Marko və xorvatiyalı Toni Perkoviçin sözləşmələrinə qarşılıqlı razılaşma əsasında xitam verib.