“X” sosial şəbəkəsinin işində xəta baş verib

Baş səhifə
İKT

  • 16 yanvar, 2026
  • 19:54
X sosial şəbəkəsinin işində xəta baş verib

Dünyada “X” (əvvəl “Twitter”) sosial şəbəkəsinin işində kütləvi xəta baş verib.

“Report” xəbər verir ki, bu “Downdetector” servisinin məlumatlarında bildirilib.

Sosial şəbəkənin işində problemlərlə bağlı kütləvi şikayətlər Bakı vaxtı ilə təxminən saat 19:00-dan daxil olmağa başlayıb.

Hazırda bir sıra ölkələrdə “X”in həm mobil tətbiqi, həm də kompüter versiyası işləmir.