
Bakı. Trend:
Afrikanın cənub bölgəsində – Cənubi Afrika Respublikası (CAR),
Mozambik və Zimbabvedə leysan yağışlarının səbəb olduğu sel və
daşqınlar 100-dən çox insanın həyatına son qoyub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
CAR hökuməti ölkənin şimal əyalətlərində təbii fəlakət
nəticəsində azı 19 ölüm faktının qeydə alındığını bildirib. Ölkənin
tanınmış Krüger Milli Parkını su basdığından düşərgədə qalan
turistlər və qoruğun işçiləri həftənin əvvəli helikopterlə təxli
olunmuşdular.
Qonşu Mozambikdə isə ötən ilin sonundan bəri davam edən anomal
yağıntılı hava şəraitinin yaratdığı fəsadlar nəticəsində azı 103
nəfər həyatını itirib. Məlumata görə, bu ölümlərin səbəbləri
arasında cərəyan vurma, daşqında boğulma, sərt hava şəraiti
səbəbindən infrastrukturun çökməsi və vəba yer alır.

